ABŞ-ın İraqdakı hərbi bazasına növbəti raket hücumu
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Bağdadın şimalındakı Bələd Hava Bazası yaxınlığında Amerikalı Sally Port şirkətinin ofisinə raket hücumu edildiyini bildirlər.
Əl-Sumaria Xəbər Agentliyinin verdiyi məlumata görə, Bağdadın şimalındakı Bələd Hava Bazası yaxınlığındakı bölgə bir neçə dəqiqə əvvəl raket hücumlarına məruz qalıb. ABŞ hərbi bazasına atılan raket sayının 10 olduğunu və bu raketlərdən 9-nun hədəfə dəydiyini, bir raketin isə bazanın xaricinə düşdüyünü söyləyib.
Bu mənbə bu hücumu ABŞ-ın İraqdakı hərbi bazasına son bir ildə edilən ən ağır hücum adlandırılmış və ABŞ hərbiçilərinin bazanı bağladıqlarını və həyacan siqnalının hələ də eşidildiyini bildirib.