ABŞ-ın İraqdakı hərbi bazasına raket hücumu

ABŞ-ın İraqdakı hərbi bazasına raket hücumu

Bəzi mənbələr ABŞ-ın İraqdakı hərbi bazasına raket hücumu edildiyini bildirib.

Sabrinews da daxil olmaqla bəzi İraq mənbələri son xəbərlərdə Eynül-Əsəd bazasında dəhşətli partlayış səslərinin eşidildiyini bildirib.

İraq mənbələrinin məlumatına görə, ilkin hesabatda Eynül-Əsəd bazasına raket zərbəsi endirildiyi bildiriliib.

Bununla bağlı bəzi təsdiqlənməmiş məlumatlarda bu raket hücumunun 6 ədəd 122 mm-lik qrad raketlərilə həyata keçirildiyi bildirilir.

Hücuma görə heç bir qrup və ya şəxs məsuliyyəti üzərinə götürməyib. Bununla belə, keçmişdə analoji hücumlarda ABŞ-ın hərbi mövcudluğundan və İraqı işğal etməsindən narazı olan iraqlı qruplar ABŞ-a məxsus bəzi hərbi hədəflərii hədəfə alıblar.

Bir gün əvvəl İraq təhlükəsizlik mənbəsi hərbi texnika və ərzaq daşıyan ABŞ hərbi logistika karvanının Əl-Ənbarın qərbindəki Eynül-Əsəd aviabazasına daxil olduğunu açıqlamışdı.

Təhlükəsizlik mənbəsi logistika karvanının Eynül-Əsəd bazasına girişi ilə eyni vaxtda ABŞ hərbi helikopterlərinin havaya qalxdığını vurğulayıb.

O əlavə edib ki, ABŞ ordusu adətən, ehtiyac duyduğu silahları qurudan təmin edir və qoşunlarını isə hava ilə Eynül-Əsəd bazasına köçürür.

Son həftələrdə ABŞ hərbçilərinin yerləşdiyi Əl-Ənbar vilayətinin qərbində yerləşən Eynül-Əsəd aviabazasına silah və qoşunların ötürülməsi xeyli artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − ten =