ABŞ-ın İŞİD terrorçuları ilə əməkdaşlığı bir daha ifşa edildi

ABŞ-ın İŞİD terrorçuları ilə əməkdaşlığı bir daha ifşa edildi

İraq qüvvələri ABŞ-ın ölkədəki dağıdıcı planını və İŞİD terror qruplaşması ilə əməkdaşlığını ifşa edib. İraq taborunun sözçüsü Qasim əl-Cabarin, silahların ABŞ-dan İraqa gizli şəkildə köçürülməsinə toxunaraq, amerikalıların, müqavimət qruplarını təxribat və sui-qəsdlərdə günahlandırmaq üçün bölgəyə raketlər, silahlar və hərbi texnika idxal etdiklərini söyləyib.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, İraq qüvvələrinin sözçüsü, ötən həftə “C130” təyyarəsinin Küveytdən İraqa uçaraq Əynul Əsəd bazasına endiyini və özü ilə 32 raqket qurğusu, döyüş sursatları gətirdiyini bildirib. Əl-Cabarin ABŞ yük təyyarəsinin keçən ilin oktyabr ayında İraq Kürdüstanındakı Ərbil şəhərinə silah və 27 fotoaparat çatdırdığını və ABŞ təyyarəsinin İraqa gəlişindən sonra İŞİD-in ölkədəki fəaliyyətinin gücləndiyini də əlavə edib. 2017-ci ildə üç illik döyüşlərdən sonra İraq İŞİD terror qruplaşmasına qarşı zəfər elan etdi, lakin dağınıq elementləri və terrorçu yuvaları Diyala, Kərkük, Neynəva, Səlahəddin, Əl-Ənbar və Bağdad vilayətlərinin bəzi hissələrində hələ də qalmaqdadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + twelve =