ABŞ-ın Kolorado ştatında atışma nəticəsində 5 nəfər ölüb, 18 nəfər yaralanıb

ABŞ-ın Kolorado ştatında atışma nəticəsində 5 nəfər ölüb, 18 nəfər yaralanıb

CNN-ə istinadən verilən məlumata görə, Amerika mənbələri Koloradoda atışma və bunun nəticəsində çoxlu sayda insanın öldüyü və yaralandığı barədə məlumat yayıb.

Bu xəbərə görə, ABŞ-ın Kolorado ştatında gecə klubunda baş verən atışmadan sonra 23 nəfər güllələnib, onlardan 5-i ölüb, 18-i yaralanıb.

Koloradoda polis məmurlarından biri olan Pamela Kastro ölən və yaralananların sayını təsdiqləyərkən, atəş açan olduğu güman edilən bir nəfərin hazırda nəzarətdə olduğunu və müalicəsinin davam etdiyini açıqlayıb.

Bu amerikalı polis leytenantı bu şəxsin bu ölümcül atışmada yaralananların sayına daxil olub-olmadığını dəqiqləşdirməyib.

Polis bu kütləvi atışmanın mümkün motivini şərh etməkdən imtina edib.

Kolorado Yanğınsöndürmə İdarəsindən Mayk Smaldino, çoxsaylı zənglərdən sonra hadisə yerinə 11 təcili yardım maşınının göndərildiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 6 =