ABŞ-ın logistik karvanı Şimali İraqda hədəf alındı
Sizinyol xarici mediaya istinadən xəbər verir:
İraqlı bir mənbənin məlumatına əsasən, İraqın şimalındakı Salahəddin əyalətində bir ABŞ maddi-texniki karvanı hədəf alındı.
Saberin News-un verdiyi məlumata görə, ABŞ-ın lojistik karvanı İraqın şimalındakı Salahəddin əyalətinin Əl-Ducəyl şəhərində hədəf alınıb. Məlumatda konvoyun Əl-Ducəyldən beş kilometr məsafədə Samirra istiqamətindəki Casimul-Qeys nəzarət məntəqəsi yaxınlığında hədəf alındığı bildirilir.
Saberin News ayrıca bəzi mənbələrə istinad edərək konvoyun “çox həssas və təhlükəli” maddələr daşıdığını söylədi, lakin sözgedən mənbə hücumun nəticəsində baş verən itkilər barədə ətraflı məlumat verməyib.