ABŞ-ın neft ehtiyatları azalıb -PROQNOZ
Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 1 645 min barel azalaraq təxminən 414 544 mln. barel təşkil edib.
“APA-Economics”in Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 833 min barel artacağını proqnozlaşdırır.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Apa.az