ABŞ-ın Neşvil şəhərindəki partlayışın motivləri barədə 3 ehtimal

ABŞ-ın Neşvil şəhərindəki partlayışın motivləri barədə 3 ehtimal

Sizinyol xarici mediaya istinadən xəbər veir:

“Müctəhid” kimi tanınan bir Səudiyyə Twitter fəalı ABŞ-ın Naşvil şəhərində baş verən dəhşətli partlayışın şəhərin yeri və sakinləri və ölkədəki vəziyyəti nəzərə alaraq şübhəli olduğunu söylədi.

Məlumata görə, Twitter fəalı və “Müctəhid” kimi tanınan və Səudiyyə xanədanının sirlərini açan şəxs ABŞ-ın Tennessi əyalətinin Neşvil şəhərindəki partlayışın motivləri ilə bağlı bəzi ehtimalların olduğunu söylədi.

Twitter hesabında o, ABŞ-dakı partlayış barədə məlumat yerləşdirdi və yazdı: “Neşvil kiçik bir əyalətdəki kiçik bir şəhərdir. Qlobal səviyyədə bu şəhərin nə təhlükəsizlik, nə də siyasi bir dəyəri var. Bu şəhərin sakinləri ağdərili ekstremistlərdir.

Partlayış zamanın ətrafda insanlar olmayıb; Çünki birincisi, insanlar Milad bayramı, ikincisi, şiddətli soyuq səbəbi ilə evlərində idilər. Bu partlayışı törədənlərin özləri polisə məlumat veriblər.

Başqa bir tvitində hadisə ilə bağlı bir neçə sual verdi:

1. Bu hadisəyə səbəb Tramp tərəfdarları ilə müxalifləri arasında qarşıdurma ola bilərmi?

2. Trampın bu hadisədən xəbərdar olduğunu və Milli Qvardiya qüvvələrini şəhərlərdə yerləşdirmək üçün bundan sui-istifadə etmək istədiyini söyləmək olarmı?

3. Bu hadisə Trampa hərbi vəziyyət tətbiq etmək üçün bəhanə verən bir sıra əməliyyatların bir hissəsi ola bilərmi?

Cümə günü günortadan sonra Tennessi şəhərinin mərkəzində bir bomba partladı və yaxınlıqdakı binalara zərər verdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 11 =