ABŞ-ın rəhbərlik etdiyi koalisiya əməliyyatlarda 1400-dən çox dinc sakini öldürüb
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatları zamanı azı 1410 dinc sakin həyatını itirib.
Maide.Az xəbər verir ki, bu barədə koalisiyanın məruzəsində bildirilir. Məlumata əsasən, koalisiya 2014-cü ildən indiyədək 34 min 917 əməliyyat həyata keçrib.
“Daxil olmuş informasiyalara əsasən çox güman ki, azı 1410 dinc sakin əməliyyatın başlanğıcından koalisiyanın səhvən endirdiyi zərbələri nəticəsində həlak olub”, – deyə sənəddə qeyd olunur.
Qeyd edək ki, beynəlxalq insan haqları təşkilatlarının məlumatına görə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada endirdiyi zərbələr nəticəsində 11800 dinc sakin qətlə yetirilib.