ABŞ-ın Stenford Universitetində Fələstin tərəfdarı olan bir neçə tələbə həbs edilib

ABŞ-ın Stenford Universitetində Fələstin tərəfdarı olan bir neçə tələbə həbs edilib

Amerika polisi Stenford Universitetinin ofis binasına daxil olan bir neçə Fələstin dəstəkçisi olan tələbəni həbs edib.

İRNA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, yay semestrinin son günündə 10-a yaxın tələbə binaya daxil olub və 50-yə yaxın başqa tələbə əl-ələ tutaraq “Fələstin azad olacaq” şüarları səsləndiriblər.

Liberate Stanford qrupu İnstaqram hesabında bildirib ki, “bir sıra müstəqil tələbələr” Stanford Universitetinin rektoru Riçard Sallerin ofisini zəbt edib və İsrailin Qəzzaya qarşı müharibəsi ilə əlaqəli şirkətlərlə biznesə son qoyulmasını tələb ediblər.

Stenford Universiteti açıqlamasında universitet rektorluğunun yerləşdiyi binaya girən 13 tələbənin həbs edildiyini açıqlayıb və binanın daxili və xarici hissələrinə çoxlu ziyan dəydiyini iddia edib.

Son aylarda Amerika və Avropada Fələstinə dəstək üçün böyük bir tələbə hərəkatı başladılıb və polis onların çoxunu həbs edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 20 =