ABŞ-ın Suriyadakı bazası dron hücumuna məruz qalıb

ABŞ-ın Suriyadakı bazası dron hücumuna məruz qalıb

Suriyanın Həsəkə əyalətindəki Əl-Cəbsə neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edilib.

“Al Mayadeen” telekanalının məlumata görə, obyektin ərazisində bir neçə partlayış baş verib.

Hücuma görə məsuliyyəti “İraqın İslam Müqaviməti” şiə hərəkatı üzərinə götürüb.

Xatırladaq ki, ötən gün hərəkatın yaraqlıları Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasını iki dəfə atəşə tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =