ABŞ-ın Suriyadan yeni üsulla neft oğurladığı açıqlandı
Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ qüvvələrinin Suriyadan yeni üsulla neft oğurladığı açıqlanıb.
Bu barədə Suriya hökuməti məlumat yayıb.
Məlumatda vurğulanır ki, ABŞ qüvvələri həftəlik olaraq Suriyadan İraqa apardığı nefti bu dəfə Dəclə çayı boyunca yerləşdirdiyi boru xətləri vasitəsilə oğurlamağa başlayıb.
ABŞ hökuməti isə faktla bağlı mövqeyini hələ açıqlamır.