ABŞ-İngiltərə koalisiyasının Yəmənə hücumları davam edir

ABŞ-İngiltərə koalisiyasının Yəmənə hücumları davam edir

Yəmən mediası ABŞ və Böyük Britaniyanın Yəmənin qərbində hava hücumu barədə məlumat yayıb.

İRNA-nın verdiyi məlumata görə, bu gün (6 iyul) Amerika və İngiltərə koalisiyasının qırıcı təyyarələri sionist rejimin fələstinlilərə qarşı cinayətlərinə dəstək olaraq Yəmənin şimal-qərbində yerləşən Əl-Hüdeydə vilayətinin “Kamran” adasını növbəti dəfə bombalayıb.

Məlumata görə bu hücumun təfərrüatları hələ açıqlanmasa da bu hücumlar Amerika və Britaniyanın sionist rejim cinayətlərinə dəstək olaraq Yəmənin bölgələrini bombalaması ilk dəfə deyil.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsindən sonra ABŞ və Böyük Britaniya yanvarın 21-i səhər saatlarında Yəmənin Ənsarullah mövqelərinə hücum edib.

Bu hücumlar Yəmən ordusunun daha əvvəl Qəzza zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında işğal olunmuş ərazilərə gedən bəzi sionist gəmi və ya gəmiləri hədəfə almasından sonra həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =