ABŞ İran müəssisələrinə və fiziki şəxslərinə qarşı 500 sanksiya tətbiq edib
ABŞ son həftələr ərzində İran müəssisələrinə və fiziki şəxslərinə qarşı 500 sanksiya tətbiq edib.
Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib.
Onun sözlərinə görə, sanksiyaların bəziləri insan hüquqlarının tapdanması ilə bağlıdır.
Bildirilib ki, məhdudlaşdırıcı tədbirlər siyahısında İranın nüvə proqramı və raket satışı ilə bağlı məsələlər də var.