ABŞ İrana hücum edərsə… – Dehqan
ABŞ-ın İrana hücumu genişmiqyaslı savaşı alovlandıra bilər.
Axar.az xəbər verir ki, bunu “Assoşeyted Press” agentliyinə müsahibəsində İran Ali liderinin hərbi məsələlər üzrə müşaviri Hüseyn Dehqan deyib.
“Məhdud taktiki konflikt geniş müharibəyə çevrilə bilər. ABŞ, region və dünya belə böhrana tab gətirə bilməz. Biz böhranı, savaşı salamlamırıq. Müharibə başlamağa hazırlaşmırıq. Biz danışıqlar xətrinə danışıqlar da istəmirik”, – deyə o bildirib.