ABŞ İranın Yəməndəki səfirinə və bir neçə şirkətinə sanksiya tətbiq edib

ABŞ İranın Yəməndəki səfirinə və bir neçə şirkətinə sanksiya tətbiq edib

ABŞ hökuməti İrana qarşı maksimum təzyiq siyasəti fonunda bu ölkənin Yəməndəki səfirinə, bir sıra şirkət və qurumlara sanksiya tətbiq edib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo rəsmi tvitter səhifəsində məlumat verib.

O bildirib ki, İranın Yəməndəki səfiri Həsən İrlu və bu ölkədə bir ilahiyyat universitetinə qarşı sanksiya tətbiq edilir.

Mayk Pompeo bu dəfə də İranı bölgədə “sabitliyi pozmaq”da və “terroru dəstəkləmək”də ittihamlandırıb.

Eyni zamanda ABŞ-ın Dövlət Xəzinədarlıq Departamenti də bəyanat yayraq, İranın Yəməndəki səfiri və bir sıra şirkət və qurumlara sanksiyaların tətbiqini bəyan edib.

Qeyd edək ki, ABŞ dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişindən birtərəfli qaydada çıxaraq, rəsmi Tehrana qarşı sərt sanksiyalara başlayıb. ABŞ prezidenti Donald Trampın yeni anlaşma əldə etmək istiqamətində İranı müzakirə masasına çəkmək üçün həyata keçirdiyi maksimum siyasi və iqtisadi təzyiq metodu hələ nəticə verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + five =