ABŞ İranla fikir ayrılıqlarını diplomatik yolla həll etməyə hazırlaşır

Vaşinqton administrasiyası İranın nüvə proqramı ilə bağlı Tehranla fikir ayrılıqlarını həll etmək üçün diplomatik üsullardan istifadə etmək istəyir.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff “Fox News”a müsahibəsində deyib.
“Əgər İran diplomatik həlldə maraqlı olsa, ABŞ hökuməti bu kimi müzakirələrə açıq olacaq”, – ABŞ rəsmisi qeyd edib.