ABŞ İraq-Suriya sərhədində Haşd-Şabi qüvvələrinə aviazərbələr endirib

ABŞ İraq-Suriya sərhədində Haşd-Şabi qüvvələrinə aviazərbələr endirib

ABŞ təyyarələri İraq-Suriya sərhədində İraqın Silahlı Qüvvələrinin tərkib hissəsi olan Haşd-Şabi qüvvələrinə hava zərbələri endirib.

Bu gecə Suriya İraq sərhədində yerləşən Bu-Kamal və əl-Qaim rayonları ərazisinə hava zərbələri endirilib.

Az keçməmiş ABŞ Müdafiə Nazirliyi bəyanat verərək, İraq-Suriya sərhədində “İrana tabe olan qüvvələrə” hava zərbələri endirdiyini bildirib.

ABŞ prezidenti Co Baydenin təlimatı ilə həyata keçirildiyi deyilən bu hava zərbələrinin İraqda ABŞ qərargahlarına qarşı PUA-larla hücumlara bir cavab olduğu bildirilib.

İraq mənbələri bildiriblər ki, bu hava zərbələri İraq-Suriya sərhədində Haşd-Şabiyə (Xalq Səfərbər Qüvvələri) endirilib. Bu hava zərbələri nəticəsində 4 Haşd-Şabi hərbçisi həyatını itirib və üçü yaralanıb.

Co Bayden Administrasiyası iş başına gələndən sonra bu ikinci dəfədir ki, ABŞ İraq və Suriyada İrana yaxın olan Haşd-Şabi və sair qüvvələri hədəfə alır.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − three =