ABŞ İraqın “S-400” Havadan Müdafiə Sistemi almasından narahatdır
Eastnews.org-un verdiyi xəbərə görə, İraq parlamentinin üzvü Məhəmməd Kərim ABŞ-ın İraq hökumətinin Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemini almasına mane olduğunu bildirib.
O, qeyd edib ki, İraq Rusiya ilə” S-300″ və “S-400” hava hücumundan müdafiə sistemlərini almaq üçün müqavilə imzalamalı idi, amma Amerika qrupları bunun qarşısını aldı:
“ABŞ açıq şəkildə İraq tərəfindən inkişaf etmiş silahların alınmasına qarşı çıxır. Vaşinqton bizə Rusiyanın hava hücumundan müdafiə sisteminə alternativ təklif etməyib. İraq Müdafiə naziri silah və hərbi texnika almaq üçün bir sıra müqavilələr imzalayıb. Lakin bunların arasında hava hücumundan müdafiə sistemləri yoxdur”.