ABŞ İŞİD liderlərini naməlum yerə təxliyə etdi
ABŞ Suriyada İŞİD terrorçu qruplaşmasının 3 liderini bilinməyən bölgəyə aparıb.Bu barədə yerli mənbələr məlumat veriblər.
Məlumatda vurğulanır ki, İŞİD terrorçu qruplaşmasının 3 lideri Hasekə vilayətinin əş-Şəddadi şəhərindən vertolyot ilə bilinməyən bölgəyə köçürülüb.
“ABŞ hərbi qüvvələri əş-Şəddadi şəhərinin şərqindəki “Suriya Demokratik Qüvvələri”nin nəzarətində olan əl-Balqar həbsxanasında saxlanılan İŞİD terrorçularının 3 liderini çıxarıb. Onların hara aparıldıqları hələ məlum deyil”, – deyə məlumatda qeyd edilib.
islamtimes.org