ABŞ İsrail rejiminə hərbi dəstək verməyə davam edəcək

ABŞ İsrail rejiminə hərbi dəstək verməyə davam edəcək

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqon bölgədə Sionist rejimin qorunması üçün Təl-Əvivə hərtərəfli hərbi dəstəyin davam etdiyini açıqlayıb.

Xəbər mənbələrinə görə Pentaqon sözçüsü deyib: “İsrailin bölgədəki üstünlüyünü qorumaq üçün onlara əlavə hərbi imkanlar təqdim etməyə hazırıq.”

Pentaqon sözçüsü, Tehranın Təl-Əvivi təhdid etdiyini iddia edərək, bu təhdidi ciddi qəbul etdiyini və Təl-Əvivi bütün imkanları ilə dəstəkləməyə hazır olduğunu deyib.

Bu arada, sionist yerli xəbər mənbələri çərşənbə axşamı günü İsrail müharibə nazirinin bölgədəki son proseslər barədə ABŞ hökumətinin təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmək üçün Vaşinqtona getmək niyyətində olduğunu bildirmişlər.

“Yedioth Ahronoth” qəzeti xəbər verir ki, İsrailin Müharibə naziri Beni Qantz, ABŞ təhlükəsizlik rəsmiləri ilə görüşmək üçün Vaşinqtona getməyi planlaşdırır.

Beni Qantz çərşənbə axşamı ABŞ-ın bölgədəki təhlükəsizlik üstünlüyünü qorumaq üçün Tel-Əvivin ən əsas müttəfiqi olduğunu və bundan sonra da olacağını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =