ABŞ kəşfiyyat məlumatlarını Suriyanın yeni hökumətinə ötürür
ABŞ İŞİD tərəfindən təhdidlər barədə məxfi kəşfiyyat məlumatlarını Suriyanın yeni hökuməti ilə paylaşır.
APA xəbər verir ki, bu barədə “Washington Post“ mənbələrə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ABŞ kəşfiyyatı artıq Dəməşqdəki bir ziyarətgaha terror hücumunun qarşısını da ala bilib.
Nəşrin mənbələri vurğulayırlar ki, məlumatların ötürülməsi qarşılıqlı maraqların təmin olunması ilə bağlıdır və Vaşinqton tərəfindən Suriyanın yeni hökumətinin tam tanınması demək deyil.