ABŞ kimyəvi silahlarının ləğvi prosesini başa çatdırmaq istəyir

ABŞ kimyəvi silahlarının ləğvi prosesini bu yaz başa çatdırmaq niyyətindədir.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət
katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins bildirib.
“Mən onu da qeyd etmək istəyirəm ki, bu yazda ABŞ bütün kimyəvi silahlarının məhvini başa çatdıracaq” – Jenkins qeyd edib.
Apa.az