ABŞ koalisiyası Suriyaya 50 yük maşını silah göndərib

ABŞ koalisiyası Suriyaya 50 yük maşını silah göndərib

Bildirildiyi kimi ABŞ koalisiyası Suriyanın Deyr əz-Zor vilayətinə silah və sursatla dolu onlarla yük maşını göndərib. Suriya mediası ABŞ-ın Suriyanın şimal-şərqinə silah və hərbi texnika ilə yüklənmiş onlarla yük maşını göndərdiyini yazır.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, Silahlı Qüvvələrin Koordinatoru adlanan qrup bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə beynəlxalq koalisiyanın silahla dolu 50 yük maşınını, İraqdan Suriyanın Əl-Həsakə vilayətindəki bazalara göndərib. Texnika və silahlar daşıyan karvan qanunsuz olaraq İraq-Suriya sərhədindəki Əlvalid keçidini keçib.

Qeyd edək ki, Əl-Həsakə vilayəti ABŞ və onun dəstəklədiyi yaraqlılar tərəfindən işğal altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =