ABŞ koalisiyasının Suriyanın İdlib şəhərinə hücumu nəticəsində 13 mülki şəxs həlak olub
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın İdlib əyalətində terrorla mübarizə bəhanəsi ilə keçirdiyi əməliyyatda aralarında qadın və uşaqların da olduğu azı 13 mülki şəxs həlak olub.
Pentaqonun sözçüsü Con Kirbi cümə axşamı ABŞ-ın Suriyanın İdlib əyalətində böyük əməliyyat keçirdiyini açıqlayıb.
Pentaqonun sözçüsü ABŞ xüsusi əməliyyat qüvvələrinin Suriyanın şimal-qərbində anti-terror əməliyyatı keçirdiyini və əməliyyatın uğurla keçdiyini və ABŞ qüvvələri arasında itki olmadığını iddia deyib.
Əl-Məyadin-in Suriyadakı müxbiri yerli mənbələrə istinadən xəbər verib ki, “Terrorla Mübarizə Beynəlxalq Koalisiyası” adlandırılan qruplaşmaya aid 4 helikopterin İdlibin şimal bölgəsi yaxınlığında əməliyyatı nəticəsində qadın və uşaq daxil olmaqla suriyalı mülki vətəndaşlar həlak olub və yaralanıb.
ABŞ koalisiya qüvvələri bu gün terrorçuların varlığı bəhanəsi ilə ərazidəki evi hədəfə alıb.
Mənbələr bildirirlər ki, ABŞ qüvvələri səsucaldandan istifadə edərək həmin şəxsin evi tərk etməsini tələb ediblər, lakin yarım saatdan çox davam edən qarşıdurma zamanı amerikalıların nəzərindəki şəxs qaça bilib.
Mənbələr ABŞ koalisiya qüvvələrinin iki evi hədəfə aldığını və əməliyyatlarının nəticəsiz qalmasından sonra onları tamamilə dağıtdığını, nəticədə çoxlu sayda mülki şəxsin öldüyü və yaralandığını vurğuladı. Əməliyyatdan sonra dağıntılar altından 12 cəsəd çıxarılıb, onların hamısı qadın və uşaqlar da daxil olmaqla, Suriya vətəndaşlarına məxsusdur. Əməliyyat zamanı çoxlu sayda suriyalı ev də dağıdılıb.
Reuters xəbər verir ki, əməliyyat zamanı azı 13 mülki şəxs həlak olub.
ABŞ koalisiyasının terroristləri hədəf alması ilə bağlı ziddiyyətli xəbərlər yayılsa da, mənbələr həlak olanların hamısının mülki vətəndaşlar olduğunu və heç bir terrorçunun öldürülmədiyini bildirir.
ABŞ-ın terrorla mübarizə bəhanəsi elə bir vaxta təsadüf edir ki, Suriya hakimiyyətinin rəsmi açıqlamasına görə, belə bir mövcudluq “işğal”la eynidir.