ABŞ Konqresinin yaxınlığında atışma olub

ABŞ Konqresinin yaxınlığında atışma olub

ABŞ-ın Merilend ştatında Konqresin binası yaxınlığında baş verən atışma nəticəsində azı 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Merilend ştatının Annapolis şəhərində şəxsi iqamətgahda baş verən atışma nəticəsində azı 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Fox News xəbər verir ki, Annapolis ABŞ Konqresindən 30 mil məsafədə yerləşir. Annapolis polis rəisi Ed Jackson dünən (bazar günü) atışma hadisəsindən sonra bir şübhəlinin həbs olunduğunu bildirib.

İlkin məlumata görə, insident nəticəsində bir nəfər ölüb, lakin polis daha sonra atışma nəticəsində üç nəfərin öldüyünü təsdiqləyib.

Jackson hadisə yerində jurnalistlərə deyib: “Cəmiyyətə mesajım budur ki, bu təsadüfi bir zorakılıq aktı deyil.”

Merilend ştatının senatoru Sarah Alfert hadisəni faciə kimi qiymətləndirərək deyib: “Bizim cəmiyyətimiz bu axşam sözlə ifadə edilə bilməyəcək bir faciə yaşadı. Çoxlu ölən və yaralananların olduğu bildirilir. Şübhəli şəxs isə həbs edilib.”

Bu xəbərə görə, hadisə baş verən yerin yaxınlığında məzunluq mərasimi keçirilib və atışmanın həmin mərasimlə bağlı olub-olmadığı hələlik bəlli deyil.

ABŞ dünya əhalisinin təxminən beş faizini təşkil etsə də, silahla kütləvi qətllər törədənlərin təxminən 31 faizi burada yaşayır.

Həmçinin, ABŞ Konqresinin Araşdırma Mərkəzinin hesabatına görə, amerikalılar dünyada mövcud olan 650 milyon mülki silahın təxminən yarısına (48%) sahibdirlər.

Bu cür atışmaların hər dəfə lazımi tədbirlərlə bağlı ictimai müzakirələrə səbəb olmasına baxmayaraq, yarımavtomat silahlardan istifadənin qarşısını almaq üçün qanunların qəbulu mümkün görünmür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =