ABŞ konqresmenləri Azərbaycan Respublikası rəhbərliyini hədəf aldı

ABŞ konqresmenləri Azərbaycan Respublikası rəhbərliyini hədəf aldı

Blinkendən Əliyevə təzyiq etməsi istənilib ABŞ-nin 60-dək konqresmeni Dövlət katibi Entoni Blinkenə müraciət edib.

Bildirilir ki, 10-u senator, 48-i Nümayəndələr Palatası üzvü olmaqla qrup Blinkendən Azərbaycandakı bütün siyasi məhbusların azad edilməsi məqsədilə tədbirlər görməyi, həmçinin Ermənistana qarşı təxribat xarakterli bəyanatların verilməsinin dayandırılmasını istəyiblər.

Əliyev də öz növbəsində bu çağırışı çirkin bir müraciət adlandırıb:

“Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Lakin onların bu müraciəti bizim iradəmizə təsir edə bilməz”, – deyə o vurğrlayıb.

Əliyev eyni zamanda ABŞ Dövlət Departamentini təxribatçılıqda ittiham edərək deyib: “Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 8 =