ABŞ konvoyuna yenə hücum oldu

ABŞ konvoyuna yenə hücum oldu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, bazar günü axşam İraqın cənubunda ABŞ-ın rəhbərlik etdiyi “anti-İŞİD” koalisiyasına aid bir karvan partlayışa məruz qalıb.

Bir zabit Anadolu xəbər agentliyinə, Amerika konvoyunun Bəsrə vilayətindəki magistral yoldan ötən zaman yol kənarında qurlaşdırılan partlayıcı qurğunun işə düşdüyünü bildirib.

Partlayışda itki olmadığını vurğulayan bu zabit Amerika konvoyunun texniki avadanlıqlar daşıdığını söyləyib.

Bu, dünən İraqdakı Amerika konvoyları yolunda baş verən üçüncü partlayış idi.

Bu partlayışdan öncə İraqın cənubundakı Əl-Musənna və Zi Qar əyalətlərində də Amerika konvoylarının qarşısında iki partlayış baş vermişdir.

İndiyədək heç bir qrup bugünkü partlayışların məsuliyyətini öz üzərinə götürməyib. Lakin İraqın müqavimət qrupları, parlament qərarına əsasən ABŞ hərbçilərinin İraqı tərk etməsinin lazım olduğunu dəfələrlə vurğulamış və hücumların ABŞ hərbiçiləri bu ölkədən çıxarılana qədər davam edəcəyini söyləmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − nine =