ABŞ konvoyunun hədəf alındığı görüntülər

ABŞ konvoyunun hədəf alındığı görüntülər

İraq müqavimət qrupları ABŞ konvoyunun hədəf alındığı görüntülərini yayımlayıblar.

Qafqaztimes xəbər verir ki, “Sabirin Nyus” teleqram Kanalı, videonun Bəsrə vilayətinin qərbindəki Əl-Lahis bölgəsi yaxınlığında 5 gün əvvəl hədəfə alınan ABŞ Ordusu üçün hərbi-texniki avadanlıqlar daşıyan bir karvana aid olduğunu bildirib.

“Sabirin Nyus”-un məlumatına görə isə, adı çəkilən əməliyyatı “Ovliya əd-Dəm” müqavimət qrupu həyata keçirib.

Xatırladaq ki, son aylarda İraqda yerləşən ABŞ əsgərləri üçün maddi-texniki təchizat daşıyan konvoylar dəfələrlə yol kənarında qurlaşdırılan bombalarla hədəf alınıb. Bu karvanlar İraqa əsasən Suriya və Küveyt sərhədlərindən daxil olurlar.

İraq müqavimət qrupları, ölkədə mövcud olan ABŞ qüvvələrini işğalçı sayır və bu qüvvələrin İraq ərazilərindən dərhal geri çəkilməsini tələb edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =