ABŞ KTMT-nin Qazaxıstana daxil olmasına qarşı çıxdı – BİZDƏ SUALLAR VAR

ABŞ KTMT-nin Qazaxıstana daxil olmasına qarşı çıxdı – BİZDƏ SUALLAR VAR

Publika.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bəyan edib.

“KTMT-yə gəlincə. Bizim Qazaxıstanın təcili yardım üçün müraciətinin mahiyyəti, nə üçün irəli sürülməsi ilə bağlı suallarımız var, bununla bağlı daha ətraflı məlumat almağa çalışırıq. Sözsüz ki Qazaxıstan hakimiyyətinin və hökumətinin etirazlarla bağlı vəziyyəti düzgün həll etmək, asayişi qorumaq, etirazçıların hüquqlarına hörmətlə yanaşmaq potensialı var. Odur ki, onların (Qazaxıstan liderlərinin – Red) hansı səbəbdən kənar yardıma ehtiyac duyduqları aydın deyil.”-, deyə Amerika diplomatiyasının rəhbəri bildirib.

E. Blinken əlavə edib ki, ABŞ Qazaxıstan hakimiyyətini etirazçıların hüquqlarına hörmət etməyə çağırır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 1 =