ABŞ KXDR raketlərinin Ştatlara uçmaq qabiliyyətindən bəhs edib

ABŞ KXDR raketlərinin Ştatlara uçmaq qabiliyyətindən bəhs edib

Şimali Koreyanın mütəmadi olaraq sınaqdan keçirdiyi ballistik raketlər ABŞ torpaqlarına çata bilir.

APA xəbər verir ki, bu barədə ABŞ-nin Hind-Sakit Okean Komandanlığının rəhbəri Con Akvilino bildirib.

O, raketlərin nüvə başlıqları ilə belə bir məsafəni qət edə biləcəyinin hələ aydın olmadığını deyib.

Onun sözlərinə görə, KXDR-in nümayiş etdirdiyi raketlərin imkanları onların ABŞ ərazisinə çatmağa qadir olduğunu göstərir.

“Nüvə avadanlıqlarında belə bir raketin buraxılması imkanlarına gəlincə, biz hələ də onların bu sahədəki imkanlarını qiymətləndiririk. Bunun üçün döyüş başlığının ölçüsünü azaltmaq lazımdır, onların bunu edə biləcəkləri hələ aydın deyil”, – deyə bildirilib.

Xatırladaq ki, çərşənbə axşamı axşam KXDR Yapon dənizinə doğru iki raket atmışdı.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 1 =