ABŞ-la münasibətlərimiz inamsızlığa əsaslanır

ABŞ-la münasibətlərimiz inamsızlığa əsaslanır

İranın xarici işlər naziri ABŞ-la mümkün danışıqlarla bağlı deyib: “Əvvəlki razılaşmanın ABŞ tərəfindən pozulduğunu nəzərə alaraq, hazırda münasibətlərimizdə etimadsızlıq hökm sürür”.

Seyid Abbas İraqçi deyib: “Biz bundan əvvəl razılaşma əldə etmişdik və onlar bu razılaşmanı pozdular, hazırda bina etimadsızlıq üzərində qurulub və bu etimad gözəl sözlərlə bərpa olmayacaq, əməli addımlar atmalıyıq”. 

İranın xarici işlər naziri Avropa ilə danışıqlar aparıldığını və Tehranın qarşı tərəfin mövqeyini gözlədiyini bəyan edərək, əlavə edib: “Əgər ölkədə danışıqların aparıla biləcəyi qənaətinə gəlsək, bərabər əsasda danışıqlar üçün qərar veriləcək”. 

Seyid Abbas İraqçi Əfqanıstana son səfəri ilə bağlı sualın cavabında deyib: “Əfqanıstan İranın mühüm qonşusudur və iki ölkə arasında, su məsələsindən tutmuş xarici vətəndaşlar, sərhədlərin təhlükəsziliyi və ticarət kimi bir çox  ortaq qayğıları var.

İran xarici işlər naziri əlavə edib: “Su məsələsi Əfqanıstan rəsmilərinin müsahibələrində də qeyd olunur və bu ölkə hakimiyyəti Hirmən çayından su payında İranın hüquqlarını vurğulayır. 

Onun sözlərinə görə, iki ölkə arasındakı müqavilədən əlavə, müvəqqəti Əfqanıstan hökuməti suyun suyun İrana çatmasını təmin etməyi öz dini və insani vəzifəsi hesab edir.

İraqçi qeyri-qanuni əfqan mühacirlərinin İranda olması ilə bağlı deyib: “Əfqanıstanın müvəqqəti hökuməti qeyri-qanuni əfqan mühacirlərin ölkələrinə qayıtmalı olduğunu qəbul edib, lakin bunun bir planla həyata keçirilməsini istəyir”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 8 =