ABŞ məhkəməsi Məhəmməd bin Salmanı çağırdı

ABŞ məhkəməsi Məhəmməd bin Salmanı çağırdı

Sizinyol xarici mediaya istinadən xəbər verir:

ABŞ məhkəməsi Səudiyyə vəliəhd şahzadəsinə keçmiş Səudiyyə milli təhlükəsizlik müşavirinin şikayətindən sonra, onlayn çağırış elan edib.

ABŞ Məhkəməsi Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın keçmiş təhlükəsizlik müşaviri Səd Əl-Cabirinin Bin Salman və bir neçə nəfərə qarşı sui-qəsd cəhdi ilə bağlı şikayətini araşdırdı.

Xəbərdə ABŞ məhkəməsinin Salmanın ofis rəhbəri Bədr Əl-Əsakir, müşaviri Səud Əl-Qəhtani və Səudiyyə kəşfiyyat xidməti və Məsk Xeyriyyə Təşkilatı rəhbərinin keçmiş müavini Əhməd Əsiri də daxil olmaqla 9 nəfərə qarşı ittiham irəli sürdüyü də bildirilib.

Səudiyyə Ərəbistanının yüksək səviyyəli bir rəsmisi vəliəhdi ilk dəfə məhkəməyə verir. Bin Salmanın keçmiş təhlükəsizlik müşaviri Səd Əl-Cabiri Səudiyyə vəliəhdinə qarşı avqust ayında Vaşinqtonda bir ABŞ məhkəməsində iddia qaldırdı.

Əl-Cabirinin ərizəsində deyilir ki, 2018-ci ildə Səudiyyə vəliəhdi onu öldürmək və cəsədini parçalatmaq üçün ABŞ-a, daha sonra Kanadaya bir terror qrupu göndərdi.

2017-ci ildə Səudiyyə rəsmiləri korrupsiya ilə mübarizə bəhanəsi ilə həbs olunan digər şahzadələrlə birlikdə Səd Əl-Cabirini 11 milyard dollarlıq korrupsiya və bütün mülkünü müsadirə etmək ittihamı ilə həbs etməyi planlaşdırırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − 1 =