ABŞ Mərakeşə yüksək həcmli silah satmağa hazırlaşır
Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Mərakeşə pilotsuz uçan aparatları (PUA) və yüksək dəqiqliklə idarə olunan silahların satışının mümkünlüyü barədə Konqresi məlumatlandırıb.
“Reuters”in mənbələrə istinadən verdiyi məlumata görə, razılaşmanın 1 milyard dollar həcmində olduğu təxmin edilir.
Xatırladaq ki, Tramp 10 dekabrda İsrail və Mərakeşin tam hüquqlu diplomatik əlaqələr mövzusunda razılığa gəldiklərini və bunun Yaxın Şərqdə sülh üçün böyük bir uğur olduğunu söyləmişdi.