ABŞ Məxfi Xidməti: İranın Trampa qarşı təhdidlərini ciddi qəbul edirik

ABŞ Məxfi Xidməti: İranın Trampa qarşı təhdidlərini ciddi qəbul edirik

ABŞ Məxfi Xidmətinin sözçüsü Castin Whelan İranın şəhid Süleymaniyə sui-qəsdin səbəbkarlarına cavab verməklə bağlı son hədələrindən narahatlığını ifadə etməyə davam edib. O, bildirib:  Təşkilat himayəsində olanlara qarşı bütün təhdidləri ciddi qəbul edir.

News week xəbər verir ki, İranın ən məşhur hərbi rəsmisinin öldürülməsindən iki il sonra ABŞ Məxfi Xidməti regionu şoka salan terrora göstəriş verən ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı cavab təhdidlərini izləməyə və nəzarətə davam edir.

News week-in məlumatına görə, bu barədə nəşrə ABŞ Məxfi Xidmətinin sözçüsü Castin bildirib:  “ABŞ Məxfi Xidməti qoruduğu şəxslərə qarşı bütün təhdidləri ciddi qəbul edir.” Lakin protokola əsasən, potensial təhlükələrin araşdırılması prosesi barədə ətraflı məlumat verməyib.

Whelan əlavə edib ki, əməliyyatın təhlükəsizliyini qorumaq üçün məxfi xidmət təhlükəsizlik əməliyyatlarının həyata keçirilməsi üçün istifadə olunan vasitə və üsullardan və ya şəxslərin müdafiəsi ilə bağlı məlumatlardan danışmır.

Keçmiş prezident  Donald Trampın göstərişi ilə ABŞ-ın terror hücumunda İnqilab Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandanı General Hacı Qasim Süleymaninin şəhid olmasının ikinci ildönümündə İranın qisas almaq təhdidləri artıb. Bu məsələ ABŞ hökumət və təhlükəsizlik rəsmiləri arasında vahiməyə salıb.

Bu yaxınlarda General Süleymaninin qətlinin əsas səbəbkarlarından biri olan ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Bayden administrasiyasını onu və digər amerikalıları müdafiə etməyə çağırıb. Müqavimətin şəhid komandirlərinin öldürülməsinin ildönümündə Ayətullah Seyyid İbrahim Rəisinin sözləri Pompeonun qorxuya düşməsinə səbəb olub.

İran İslam Respublikasının Prezidenti General Qasim Süleymaninin şəhadətinin ikinci ildönümü münasibətilə amerikalılara müraciət edib:

Hacı Qasim Süleymani İraq Baş nazirinin rəsmi qonağı idi, siz həm İraqın suverenliyini pozdunuz, həm də bir şəxsə deyil, bir millətə sui-qəsd etdiniz. Bütün İslam ümməti üçün çox ağır və baha başa gələn bu dəhşətli cinayətdə nə etmək lazımdır? Əsas təcavüzkar və qatil olan  ABŞ-ın sabiq prezidenti məhkəmə qarşısına çıxarılmalı, ondan qisas alınmalı və Allah hökmü öna icra edilməlidir.

General  İsmail Qaani də açıqlamasında “Lazım olduqda, biz amerikalılardan qisasımızı öz evlərinin içindən və onlara yaxın insanlarla və biz orada olmadan da alacağıq. Əgər ABŞ-da Qasim Süleymaninin qətlini törədənləri mühakimə edəcək müdrik adamlar olsaydı, müqavimət cəbhəsindəki mübarizlərin  gəlib ABŞ-dan qisas almasından baha başa gəlməzdi.”– deyə bildirib.

İnqilabın Ali Rəhbəri şəhid Süleymaninin ailəsi ilə görüşündə onun qatillərinin cəzalandırılması məsələsinə toxunaraq buyurub: Süleymaninin qatili və Süleymaninin qətlinin sifarişçisinən qisas alınacaq.”

Son günlər Şəhid Süleymaninin qatillərindən qisas almaq məsələsindən bəhs edən “Qəhrəman” adlı bir animasiya  Amerika mediası və siyasətçiləri tərəfindən geniş işıqlandırılıb.

İnqilabın Ali Rəhbərinin Əsərlərinin Qorunması və Nəşri İdarəsinin informasiya bazası tərəfindən yayımlanan “Qisas qaçılmazdır” adlı bu animasiya şəhid Süleymaninin intiqamı məsələsinin ölçülərindən bəhs edir.

Pentaqonun sözçüsü Con Kerbi “İntiqam qaçılmazdır” animasiyası haqqında Fox News-a deyib: “Biz bu haqda yenicə məlumat almışıq və bunu araşdırırıq. Biz İrandan gələn istənilən təhdidi çox ciddi qəbul edirik. ”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =