ABŞ mediası: Seyid Əli Xameneinin mötədilliyi qalib gəldi!
Amerikanın can üstə olan prezidenti Donald Trampın Facebook və Twitter hesablarının bağlanması onun radikallığı, əslində siyasi arenada şizofreniyasına ən kiçik cavab sayıla bilər.
Hakimiyyətə gəldiyi gündən dünyanı şoka salan addımlar atan, dünya nizamını pozan, bütün beynəlxalq qanunları ayaq altına alıb Qüdsü sionist İsrailin paytaxtı elan edən Trampın ABŞ senatına basqını onun üçün intihar sayılmalıdır.
Təsadüfi deyil ki, bir ömür ekspansionist Amerika hökumətinin siyasi ambisiyalarına rupor olmuş ABŞ mediası İran lideri Ayətullah Xamenin sosial şəbəkələrdəki səhifələrinin fəal olmasını qələbə kimi dəyərləndirir. Əbubəkr Əl-Bağdadinin də səhifəsi qapanıb, Trampın da! Aydın görünür ki, terrorçu, dəstəkləyən İran imiş, yoxsa Tramp!