ABŞ meksikalı qadınları məcburi axtalayıb: BMT araşdırmaya başladı

ABŞ meksikalı qadınları məcburi axtalayıb: BMT araşdırmaya başladı

Az.shafaqna.com “İzvestiya”-ya istinadən xəbər verir ki, BMT-in İnsan Haqları Şurası ABŞ-ın Corciya ştatında miqrantların saxlanılma mərkəzində meksikalı qadınların icbari şəkildə axtalanması ilə bağlı məlumatlar barədə araşdırma başladıb.

Belə ki, mərkəzin keçmiş əməkdaşı Doun Vuten meksikalı qadınların uşaqlıqlarının amputasiya yolu ilə axtalaşdırıldığını deyib və əlavə edib ki, həmin qadınlara tərcüməçilər vasitəsi ilə vəzəyyətin planlı olduğunu bildiriblər. Bundan sonra hüquq-müdafiəçiləri BMT-yə müraciət ediblər.

Qaçqınlar üçün mərkəzin sahibi olan şirkət məsələyə münasibət bildirməyib.

Meksika tərəfi meksikalı qadınların icbari axtalanmasının sübutlarının olmadığını desə də, ABŞ konqresinin üzvü Pramil Cayapal qeyd edib ki, axtalanma qurbanlarının vəkili ilə söhbət edib və 17-18 bu cür qadının olduğunu bildirib.

BMT Şurasından qeyd edilib ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Baş inspektoru məlum məsələnin araşdırılması ilə məşğuldur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 3 =