ABŞ Müsəlman Təşkilatları Şurası “Fransanı boykot et” çağırışı etdi
Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-dakı müsəlman təşkilatlarından biri olan ABŞ Müsəlman Təşkilatları Şurası (USCMO) Fransada artan islamofobiyanı tənqid edən və boykota çağıran bir bəyanat yayımlayıb.
Baş ofisi paytaxt Vaşinqtonda yerləşən USCMO-nun bəyanatında “Fransa hökuməti və prezident Emmanuel Makronun Fransa müsəlmanlarına və İslam dininə qarşı kütləvi ayrı-seçkilik və şovinist təzyiqləri və təkəbbürlü hücumları bizi dəhşətə gətirib”, – ifadələrinə yer verilib.
USCMO-nun bəyanatında Fransanın getdikcə həddindən artıq sekulyarizm tətbiqlərindən irəli gələn sosial böhranın araşdırıldığı, ölkədəki müsəlmanların digər dini qruplardan fərqləndirilərək, ayrı-seçkiliyə məruz qaldığı və bu vəziyyətin getdikcə daha təhlükəli bir hala çevrildiyi vurğulanıb.