ABŞ-nin BMT Nizamnaməsinin 51-ci maddəsinə dair təhrifedici şərhinə İranın etirazı

ABŞ-nin BMT Nizamnaməsinin 51-ci maddəsinə dair təhrifedici şərhinə İranın etirazı

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani, BMT Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı rəsmi məktubda, ABŞ səfirinin İranın dinc nüvə obyektlərinə hücumları əsaslandırmaq üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə verdiyi təhrifedici şərhə kəskin etiraz edib.

İRNA-nın məlumatına görə, İrəvani yerli vaxtla çərşənbə günü göndərdiyi bu məktubda bildirib: İran İslam Respublikasının tam şəkildə Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətində olan və dəfələrlə dinc xarakteri təsdiqlənmiş nüvə obyektlərinə qarşı qeyri-qanuni güc tətbiqi heç bir halda BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan qanuni müdafiə hüququ çərçivəsində qəbul edilə bilməz.

İranın yüksək səviyyəli diplomatı əlavə edib: 51-ci maddəyə ABŞ tərəfindən verilən birtərəfli, öz maraqlarına əsaslanan bu təfsir BMT Nizamnaməsi, beynəlxalq hüquq və Beynəlxalq Ədalət Məhkəməsinin hüquqi presedentləri ilə tam ziddiyyət təşkil edir. Əgər bu qeyri-qanuni iddia normaya çevrilərsə, Nizamnamənin əsas prinsiplərindən biri olan zor tətbiqinin qadağan olunması prinsipi ciddi şəkildə zəiflədiləcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × one =