ABŞ-nin İraq və Suriyadakı hərbi bazalarına hücum edilib

ABŞ-nin İraq və Suriyadakı hərbi bazalarına hücum edilib

“İraq İslami Müqaviməti” hərəkatı ABŞ-nin İraq və Suriyadakı üç hərbi bazasına hücumlar etdiyini açıqlayıb.

Bu barədə hərəkatın “Telegram” kanalında bildirilib.

Məlumata əsasən, hücumlar İraqın Ənbar vilayətindəki, eləcə də Ərbil beynəlxalq hava limanı ərazisi və Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı ərazisində yerləşdirilən bazalar istiqamətində həyata keçirilib.

Hazırda hücumların mümkün fəsadları barədə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − six =