ABŞ-nin Livandakı səfirliyinin binası yaxınlığında atışma baş verib
ABŞ-nin Livandakı səfirliyinin binası yaxınlığında atışma baş verib.
Bu barədə xarici KİV-lər məlumat yayıb.
Qeyd olunub ki, atışmanı həyata keçirən suriyalı yaralanıb və Livan hərbçiləri tərəfindən saxlanılıb. Hadisə nəticəsində mühafizəçilərdən biri yaralanıb.
Səfirlik məlumat yayıb ki, obyektlərə zərər dəyib, diplomatik heyət xəsarət almayıb.