ABŞ-nin məşhur tennisçisinin avtomobili, kubokları oğurlanıb

ABŞ-nin sabiq tennisçisi Pem Şrayverin kubokları olan avtomobili oğurlanıb.
62 yaşlı keçmiş idmançı bu barədə sosial şəbəkə hesabında bildirib.
O, hadisənin Los-Ancelesdəki yanğın zamanı baş verdiyini yazıb:
“Oğlumla polis idarəsindəyik. Yanğın başlayanda qaldığımız otelin dayancağından maşınımız oğurlanıb. Evə sağ-salamat qayıdana qədər mənim əsas kuboklarım məhz bu avtomobildə idi”.
Qeyd edək ki, Pem Şrayver 1997-ci ildə karyerasını bitirib. 21 Böyük Dəbilqə çempionluğu əldə edən tennisçi 1988-ci ildə keçirilən olimpiadada qadın cütlüklərin yarışında qızıl medal qazanıb.