ABŞ-nin Suriyanın şərqindəki bazası atəşə tutulub
ABŞ-nin Suriyanın Deyr-əz-Zor vilayətindəki El-Omar neft yatağı ərazisində yerləşən hərbi bazası atəşə məruz qalıb.
Bu barədə “Al Mayadeen” telekanalı xəbər yayıb.
Hadisənin təfərrüatları hələ açıqlanmır.
Daha əvvəl Suriyanın “Sham FM” radiostansiyası obyektin ərazisində partlayış səsinin eşidildiyini bildirib.