ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücumların sayı son üç ayda 130-a çatıb

ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücumların sayı son üç ayda 130-a çatıb

Ötən ilin oktyabrın 17-dən etibarən ABŞ-nin İraq və Suriyadakı bazalarına edilən hücumların sayı 130-a çatıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder brifinqdə bildirib.

“Hücumların ümumi sayı bu günə qədər 130-dur. Bu hücumlardan 53-ü İraqdakı Amerika bazalarına, 77-si Suriyadakı bazalara edilib”, – o qeyd edib.

Rayder Yəmən husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumlarının sayının ötən ilin noyabrın 19-dan 27-yə yüksəldiyini təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 2 =