ABŞ ordusu bütün hərbi uçuşları dayandırıb

ABŞ ordusu bütün hərbi uçuşları dayandırıb

Son ölümcül qəzalardan sonra ABŞ Ordusunun Baş Qərargah rəisi daha çox pilota təlim keçmək üçün bütün uçuşların növbəti bildirişə qədər dayandırılmasını əmr edib.

Əl-Cəzirə telekanalının məlumatına görə, bir aydan az müddətdə 4 Amerika ordusu helikopterinin ölümcül qəzası və ən azı 12 əsgərin ölümündən sonra bu ölkənin Baş Qərargah rəisi kritik missiyalarda iştirak etməyən bütün pilotların missiyasını bu günə qədər dayandırıb.

ABŞ Ordusunun sözçülərindən biri, polkovnik Terens Kelli deyib: “Hava əməliyyatlarının dayandırılması əmri cümə günündən həyata keçirilir və bu pilotların təlimi gələn ayın əvvəlində başlayacaq. Milli Qvardiya və Ordu Ehtiyat hissələrinin təlimlərini mayın 31-dək başa çatdırmaları lazımdır.”

Ötən cümə axşamı Alyaskada iki AH-64 Apache vertolyotunun toqquşması nəticəsində 3 əsgər ölüb, biri yaralanıb, üç həftə əvvəl isə Kentukki ştatında iki Black Hawk helikopteri qəzaya uğrayıb, 9 nəfər həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =