ABŞ ordusu Suriyada bazalarını gücləndirməyə davam edir
Yerli mənbələrdən əldə edilən məlumata görə, Suriyadakı işğalçı ABŞ ordusu, İraq-Suriya sərhədindəki qanunsuz Əl-Vəlid sərhəd-buraxılış məntəqəsindən 70 yük maşınından ibarət yeni hərbi karvan keçirib.
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Əl-Hasəkə, Raqqa və Deyr Əz-Zor vilayətlərindəki ABŞ qüvvələrinə məxsus bazalara və hərbi nöqtələrə gedən karvanda 12 zirehli maşın, örtülü yük maşınları, mühüm əhəmiyyətli materialları daşıyan yük maşınları və neft daşıyan bir çox tanker iştirak edib.
ABŞ qüvvələri son 2 həftədə 2 aylıq fasilədən sonra İraq üzərindən bölgəyə 5 karvanda ən az 300 yük maşını göndərib.
Bu daşınmalarda zirehli texnika, qapalı yük maşınları, xilasetmə vasitələri və yanacaq tankerləri ilə yanaşı, sursat və maddi-texniki materialların olduğu da məlum olub.
2019-cu ilin oktyabrında “Barış Pınarı” əməliyyatının başlaması ilə ABŞ əməliyyat zonasındakı bazalarını boşaldaraq, neft yataqları ətrafında yerləşməyə üstünlük verib.