ABŞ ordusunda intihar halları artdı

ABŞ ordusunda intihar halları artdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Naziri Lloyd Austin, ABŞ hərbçiləri arasında intiharın artmasından ciddi narahatlığını dilə gətirib.

Alyaskadakı ABŞ qüvvələrini ziyarət edərkən, əsgərlərə edilən təzyiqlərin və hərbiçilərin psixoloji müalicə almaqdan imtina etməsinin intihar sayının artmasında əsas amillərdən olduğunu söyləyib.

Austin deyib: “Hərbçilərin üzləşdikləri təzyiqlərdən xəbərdaram və yalnız burada deyil, bütün qüvvələr arasında olan intihar nisbətindən çox narahatam.”

ABŞ Müdafiə Nazir, bu problemi həll etmək üçün bir çox addımlar atılmalı və bəzi insanların psixoloji müalicə almağı utancverici hal kimi qəbul etməsinin aradan qaldırılmasının lazım olduğunu vurğulayıb.

USA Today bu yaxınlarda Alyaskadakı ən az altı ABŞ hərbçisinin intihar etdiyini bildirib. Bəzi xəbərlərdə Alyaskada intihar edən əsgər sayının yeddi olduğu qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 9 =