ABŞ ordusunun logistika karvanı İraqın Babil şəhərində hədəfə alınıb

ABŞ ordusunun logistika karvanı İraqın Babil şəhərində hədəfə alınıb

Saberin News xəbər verir ki, cümə axşamı İraqın Babil şəhərində ABŞ hərbi logistika karvanı hədəfə alınıb.

Əməliyyat zamanı dəyən zərər və ya mümkün itkilərin təfərrüatları hələlik açıqlanmayıb.

İraq parlamentinin ölkədən xarici hərbçilərin çıxarılması barədə qərarından və Bağdadın bunu gecikdirməsindən sonra, ABŞ koalisiyasının logistika karvanları həftədə bir neçə dəfə, bəzən isə gündə bir neçə dəfə yol kənarına yerləşdirilən bombaların hədəfinə çevrilir.

İraqlı qruplar İraq parlamentinin qəbul etdiyi qərardan sonra İraq hökumətinin xarici hərbçiləri İraqdan çıxarmalı olduğuna təkid edir.

İraq parlamenti 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri general Hacı Qasim Süleymani və İraq Həşdi Şəbi qüvvələri komandanının müavini Əbu Mehdi Əl-Mühəndisin ABŞ tərəfindən törədilən terror hücumunda öldürülməsindən sonra xarici qüvvələrin ölkədən çıxarılmasını təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × four =