ABŞ Pakistana 450 milyon dollar dəyərində “F-16” qırıcı təyyarələrinin satışını təsdiqləyib

Dövlət Departamenti 450 milyon dollar dəyərində “F-16” qırıcı təyyarələri və avadanlıqlarının Pakistana mümkün satışı ilə bağlı qərarı təsdiqləyib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.
O qeyd edir ki, belə bir razılaşma ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərini daha da irəli aparacaq.
İndi ABŞ qanunverici orqanına bu hərbi müqaviləni və onun mümkün blokadasını öyrənmək üçün 30 gün vaxt veriləcək.
Apa.az