ABŞ paytaxtına 25 min hərbçi yeridilir – SƏBƏB

ABŞ paytaxtına 25 min hərbçi yeridilir – SƏBƏB

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, ABŞ Milli Qvardiyasının təxminən 25 döyüşçüsü yeni seçilən prezident Cozef Baydenin inaqurasiyasında təhlükəsizliyi təmin etmək üçün Vaşinqtona göndəriləcək.

Bu barədə ABŞ Milli Qvardiyasının komandanı Deniel Hokanson məlumat verib.

“Müdafiə Nazirliyi seçilən prezidentin inaqurasiyasında təhlükəsizliyin təmin edilməsi üçün 25 minədək hərbi qulluqçunun təqdim edilməsinə razılıq verib”, – deyə qeyd edilib.

Xatırladaq ki, Co Baydenin inaqurasiyası 20 yanvarda keçiriləcək. Bununla bağlı gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür: Vaşinqtonda Fövqəladə Vəziyyət rejimi elan edilib, müəyyən yollar qapadılıb, Konqres Binası isə mühasirəyə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + two =