ABŞ Polisi Bir Qadını Güllələyərək Qətlə Yetirdi! (Video İzlə)
Sizinyol xarici KİV-ə istinadən xəbər verir:ABŞ-ın Texas ştatında polis əməkdaşı şikayət əsasında bir mənzilə gedərkən, içəridən çıxan qadının bıçaqlı hücumuna məruz qalıb. Hadisə Dallas şəhərində baş verib və ilkin məlumatlara görə, qadın polisə qarşı dəfələrlə hücum etməyə cəhd edib. Polis, qadını zərərsizləşdirmək üçün əvvəlcə geri çəkilməyə və xəbərdarlıq etməyə çalışıb. Lakin qadın hücumu dayandırmayaraq polisə yaxınlaşmağa davam edib. Polis əməkdaşı əvvəlcə təsirli olmayan xəbərdarlıq atəşi açıb, lakin qadın hücumu dayandırmadığı üçün ölümcül güc tətbiq etmək məcburiyyətində qalıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, lakin qadın aldığı güllə yaralarından həyatını itirib. Polis rəsmiləri hadisənin özünümüdafiə çərçivəsində baş verdiyini və əməkdaşın protokola uyğun hərəkət etdiyini bildirsədə ekspertlər polisin alternativ üsullarla qadını dayandıra biləcəyini qeyd edirlər.